ATTESTATLA TƏHSİL NƏDİR?
Attestatla qəbul beynəlxalq təhsil proqramıdır.
DİM, SAT, TOEFL İBT Test, GRE, PTE Academic, ACCA, ТРКИ, ICDL, Cambridge English Qualifications beynəlxalq imtahan proqramları kimi ATTESTAT da beynəlxalq imtahan proqramlarından biridir.
Yuxarıda sıralanan imtahan proqramları ilə birliktə hər ölkənin Attestatı ilə də beynəlxalq qaydada universitetlərə qəbul prosesləri var.
Məsələn, Azərbaycanlı vətəndaşların Attestat proqramı ilə Türkiyə, Rusiya, Ukrayna və Avropa ölkələrinə tələbə olaraq gedib təhsil aldıqları kimi, digər xarici ölkə vətəndaşları da Attestat proqramı ilə azərbaycanda təhsil ala bilirlər və hər il minlərlə xarici ölkə vətəndaşları Attestat proqramı vasitəsi ilə Azərbaycanda təhsil alır.
DİPLOMDA ATTESTATLA QƏBUL YAZILIRMI?
Yuxarıda qeyd olunan bütün beynəlxalq imtahan proqramları kimi, Attestatla təhsil proqramı da sadəcə qəbul prosesində istifadə olunur.
Yəni tələbə universitetə qəbul olarkən, YÖS, SAT, DİM, ATTESTAT və digər beynəlxalq qəbul proqramlarının hər hansı biri ilə qəbul prosesinə müraciət edirsə, o proqramlar sadəcə qəbul proseslərində istifadə olunur və qəbuldan sonra hansı proqram ilə qəbul olduğu birdaha tələbənin qarşısına çıxmır.
Tələbə kartı üzərindəki məlumatlarda tələbə hansı universitetə qəbul olubsa və hansı ixtisas üzrə oxuyursa, tələbə nömrəsi ilə birliktə həmin məlumatlar qeyd olunur.
Tələbə universiteti bitirib diplomu aldığı zaman, diplomda qeyd olunan məlumatlar:
Tələbənin
Adı və Soyadı
Bitirdiyi ixtisas
Diplomun verildiyi tarix
Qeydiyyat İdarəsinin imzası və rəsmi möhürü