İXTİSAS SEÇİMİ MƏRHƏLƏSİ

Hansı ixtisas üzrə təhsil almaq seçimini etmisinizsə, aşağıda qeyd olunan sənədləri hazırlayaraq bizə müraciət edə bilərsiniz.

Əgər ixtisas seçiminə qərar verməkdə çətinlik çəkirsinizsə, bizə müraciət edərək peşəkar təhsil mütəxəssislərimizdən kömək ala bilərsiniz və ixtisas seçimindən sonra aşağıda qeyd olunan sənədləri hazırlayaraq müraciətinizi tamamlaya bilərsiniz.

BİZƏ MÜRACİƏT ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR

  • Attestat;(Əgər alınmayıbsa attestatı alacağınız vaxta dair məktəbdən Arayış)
  • Pasport və ya Şəxsiyyət vəsiqəsi;
  • Transkript (9,10,11 sinif yekun qiymətləri)
  • Şəkil 6 ədəd
  • İmtahan nəticəsi (varsa).

Qeyd: Bütün sənədlər türk dilində tərcümə və noter təsdiqli olmalıdır.

UNİVERSİTETLƏRƏ SƏNƏDLƏRİN GÖNDƏRİLMƏSİ PROSESİ

Sənədləri təhvil aldıqdan sonra sizinlə bağlanmış müqaviləyə əsasən müqavilədə yer alan Universitetə sənədləriniz göndərilir.

MÜRACİƏTİN DƏYƏRLƏNDİRİLMƏSİ

Müraciətdən sonra Universitetin Beynəlxalq Qəbul Ofisi daxil edilmiş məlumatları təsdiqləyəcəkdir. Təsdiqləyib qəbul ettikdən sonra sizə qəbul olunduğunuza dair arayış veriləcəktir .

QƏBUL MƏKTUBUNUN VERİLMƏSİ

Müraciətiniz qəbul edildikdə, bir qəbul məktubu alacaqsınız. Bu məktubun sizə verdiyi hüquqlar:

  • Əsgərlikdən möhlət hüququ
  • Universitetə tələbə olaraq qeydiyyatdan keçmək hüququ

Qəbul məktubunda aşağıdakı məlumatlar olacaq:

  • Əlaqə məlumatlarınız və sənəd nömrəniz (istinad)
  • Qəbul olduğunuz proqram və proqramın təşkil olunduğu fakültə
  • Fakültə İdarə Heyətinin qərar verdiyi tarix
  • Qəbul olunduğunuz tədris ili
  • Qeydiyyatdan keçmək üçün adres və lazımı sənədlər