TÜRK DİLİ NƏDİR

TÜRK DİLİ NƏDİR

Türkiyənin rəsmi dili türk dilidir. Beynəlxaq çərçivədə ilk Türk dili imtahanı (TÖMƏR və ya Türkcə yetərlilik sınavı/TYS) 24-25 May 2013 tarixində 10 ölkədə keçirilib (Kosova, Arnavutluk, Misir, İran, Azərbaycan, Yaponiya, Gürcüstan, Bosniya ve Herseqavina, Belçika, Qazaxıstan). Bundan sonra Yunus Emre Enstutu dünyanın bir çox yerində TÖMƏR imtahanı keçirməyə başladı. İmtahanı ildə 3 dəfə keçirilir.


Bəs bu imtahan nədir?

TÖMER /TYS (Türkçe Yeterlik Sınavı), Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir kəsin keçməli olduğu dil imtahanıdır. İmtahandan uğurlu nəticə əldə edən şəxslər dərsinə 1-ci kursdan başlayır.


Kimlər üçün nəzərdə tutulub?

TÖMER/TYS Türkiyədə aşağıdakı kataqoriyaya aid olan hər kəsə lazımdır.

  •         Attestatla bakalavr təhsili almaq istəyənlərə;
  •         YÖS-lə bakalavr təhsili almaq istəyənlərə;
  •         Magistr təhsili almaq istəyənlərə;
  •         Doktorantura oxumaq istəyənlərə;
  •         Türkiyədə dövlət qurumlarında və bəzi şirkətlərdə işləmək istəyənlərə;

TÖMER/TYS-nın hansı səviyyələri var?

TÖMER/TYS zamanı sizin biliyiniz 6 səviyyədə qiymətləndirilir:

  • A1 – Uğursuz – (Bu nəticə heç bir universitetdə qəbul edilmir).                                    
  • A2 – Uğursuz – (Bu nəticə heç bir universitetdə qəbul edilmir).
  • B1 – Uğurlu – (Bu nəticəni bəzi universitetlər qəbul edir).
  • B2(55-70) – Uğurlu – (Bu nəticəni bir çox universitetlər qəbul edir).
  • C1(71-88) – Uğurlu – (Bu nəticəni demək olarki 95% universitetlər qəbul edir).
  • C2(89-100) – Uğurlu – (Bu nəticə tamami ilə keçərlidir).

İmtahanın Strukturu Necədir?

İmtahan strukturu 4 hissədən ibarətdir: oxuma, dinləmə, yazma və danışma. İmtahan  3 mərhələdə təşkil olunur. Birinci mərhələdə namizədlər oxuma və dinləmə, ikinci mərhələdə yazma , üçüncü mərhələdə isə fərdi danışma və qarşılıqlı danışma suallarına cavab verməlidirlər.

  • Oxuma və Dinləmə

Bu bölümlərin hər biri 6 mətndən ibarətdir. Mətnlərə aid suallar boşluq doldurma, doğru yanlış və tənqidi sual tiplərindən ibarətdir. Suallar akademik yazılardan, ədəbi mətnlərdən, elmi məqalələrdən təşkil olunur. Namizədlər oxuma bölümündə 40 sualı 60 dəqiqədə, dinləmə bölümündə isə 30 sualı 45 dəqiqədə cavablamalıdırlar.

  • Yazma

Bu bölüm 2 hissədən ibarətdir: özün haqqında məlumat yazmaq və esse yazmaq.Birinci hissədə bir mövzuda duyğu və düşüncələrini effektiv şəkildə ifadə etmə bacarığına yönümlü namizəddən form doldurması, ərizə yazması verilən bir qrafik və şəkili şərh etməsi tələb olunur. Bu hissə üçün verilən müddət 20 dəqiqədir. İkinci hissədə isə namizədə bir mövzu verilir və esse yazılması tələb olunur. 40 dəqiqə ərzində bu mətni yazmalısınız.

  • Danışma

Fərdi danışma və qarşılıqlı danışma olaraq 2 hissəyə ayrılır. Qarşılıqlı danışmada 10 dəqiqə ərzində namizədə müxtəli suallar verilir. Fərdi danışmada isə namizədə 5 dəqiqə müddət verilir və bu müddət ərzində 1 mövzu ətrafında aydın danışmalıdır.

Ümumilikdə imtahan 80 sualdan ibarət olub 180 dəqiqə davam edir. Hər bölüm üçün toplaya biləcəyiniz maksimal bal 25 olmaqla toplamda 100 balla qiymətləndirilir. Oxuma, dinləmə, yazma və danışma bölmələrinin hər birindən ən az 50% nəticə göstərməlisiniz. Bu təqdirdə sizə imtahan sertifikatı olan Türk dili sertifikatı  verilir. Bu sertifikat 2 il müddətində keçərlidir.


 Üstünlükləri nələrdir?

İmtahanda uğur qazandığınız  təqdirdə Türkiyədəki universitetlərdə dil hazırlıq kursundan azad olunacaqsınız. Bir çox iş görüşməsində, dil testlərinə girmədən türkcə biliklərinizi sübut edə biləcəksiniz və akademik karyeranıza təcrübə qatacaqdır.