QƏBUL ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR
Müraciət üçün təqdim edilən bütün sənədlərin orjinalı * (əgər müraciət zamanı attestat yerinə arayış verilibsə, attestat mütləq məktəbdən alınıb digər sənədlərlə birliktə təqdim edilməlidir).
- Attestat
- Attestatın denklik kağızı (türk eğitim müşavirliyindən alınır)
- Pasport və ya Şəxsiyyət vəsiqəsi;
- Transkript (9,10,11 sinif yekun qiymətləri)
- Şəkil 6 ədəd
- Qəbul məktubu (universitetdən verilən qəbul məktubu)
- Dil sertifikatı (varsa).
- İmtahan nəticəsi (varsa).
Qeyd: Bütün sənədlər türk dilində tərcümə və noter təsdiqli olmalıdır.
QEYDİYYATIN APARILMASI PROSESİ
- Universitetin Qəbul Məktubunda yazılan adresə qeydiyyat üçün lazım olan bütün sənədlərlə tələbələr özü şəxsən müraciət edərək qeydiyyatlarını tamamlaya bilərlər.
- Tələbə qeydiyyat vaxtında gedə bilmədiyi təqdirdə, bizə müraciət edə bilər. Biz etibarnamə vasitəsilə onun qeydiyyatını tamamlayarıq.
- Qeydiyyat prosesi başa çatdıqdan sonra universitet sizə dərs qeydiyyatı edə bilməyiniz üçün tələbə nömrəsi və parol verir, siz o məlumatlarla universitetin dərs qeydiyyat sisteminə daxil olaraq dərs qeydiyyatınızı tamamlaya bilərsiniz.
QONAQLAMANIN TƏŞKİL OLUNMASI
Türkiyəyə getmək üçün əvvəlcədən təyin olunan vaxtda və yerdə görüşərək nümayəndələrimiz tərəfindən uşaqlar Türkiyəyə yola salınır və Türkiyədəki nümayəndələrimiz tərəfindən qarşılandıqdan sonra əvvəlcədən təyin olunmuş yataqxanalara yerləşdirilir.
YAŞAMAQ İCAZƏSİ VƏ SAĞLAMLIQ SIĞORTASININ ALINMASI
Yataqxanalara yerləşdikdən sonra sağlamlıq sığortası və yaşama icazəsi alınması proseslərinə Türkiyədəki nümayəndələrimiz köməklik göstərirlər. Yaşama icazəsi prosesləri 2-3 günə tamamlanır. Yaşama icazəsi vəsiqəsi (TC kimlik) Daxili işlər nazirliyi tərəfindən 1 həftə ilə 1 ay ərzində uşaqların qeydiyyatda olduğu ünvana göndərilir.