PARTNYORLARIMIZ

KAPİTAL BANK İLƏ ƏMƏKDAŞ OLDUQ

“BEYNƏLXALQ TƏHSİL” MMC və “KAPİTAL BANK” arasında əməkdaşlığımız uğurla nəticələndi. Əməkdaşlığımıza əsasən aşağıdakı istiqamətlər üzrə proseslər həyata keçəcək. 

-Şirkət vasitəsilə xaricdə təhsilə göndərilmiş tələblərimiz istədikləri ixtisas üzrə “KREDİTLƏ” təhsil ala biləcəklər. Tələbə ödəniş üçün kreditə müraciət edib, təhsil xərclərini hissəli şəkildə ödəmək imkanı əldə edəcək. Kredit müddətləri isə  2, 3, 6, 9, 12 ayadək mümkündür. 

-Şirkətimiz vasitəsilə xaricdə təhsilə göndərilmiş və müvəffəqiyyət göstərən tələbələrimiz yay aylarında  “KAPİTAL BANK”-da təcrübə qazanmaq şansı əldə edəcəklər.

PAŞA HƏYAT İLƏ ƏMƏKDAŞ OLDUQ

“BEYNƏLXALQ TƏHSİL” MMC və “PAŞA Həyat Sığorta” arasında əməkdaşlığımız uğurla nəticələndi. Əməkdaşlığımıza əsasən aşağıdakı istiqamətlər üzrə proseslər həyata keçəcək.

-Şirkətimiz vasitəsilə xaricdə təhsilə göndərilmiş və müvəffəqiyyət göstərən tələbələrimiz yay aylarında  “PAŞA Həyat”-da təcrübə qazanmaq şansı əldə edəcəklər.

-Şirkət vasitəsilə xaricdə təhsilə göndərilmiş bütün tələbələrimizin sağlamlığı və həyatı “PAŞA Həyat” tərəfindən sığortalanacaq.

Ölüm halında, çox ciddi xəstəliklər səbəbindən və digər xüsusi hallarda illik təhsil haqqı və digər təhsil xərcləri “PAŞA Həyat” tərəfindən qarşılanacaq.