NİYƏ UKRAYNA?

Ukraynada Təhsil

    Ukrayna Universitetlərində təhsil ötən illərə nisbətən daha rahatdır. Xüsusi təhsil mütəxəssislərinin dəstəyi ilə universitetlərin qeydiyyat prosesində qısa zamanda irəliləyib müsbət nəticə əldə edə bilərsiz.Ukrayna universitetlərində əyani,qiyabi və distant formada təhsil almaq mümkündür. Burada tədris 2 dildə keçirilir: İngilis dili və Ukrayna dili. Bundan əlavə, Ukraynanın bir çox universitetləri Erasmus proqramı kimi beynəlxalq proqramlarda iştirak edir. Ukraynada təhsil haqları bir çox ölkəyə nisbətən daha aşağıdır amma təhsil forması çox yüksək səviyyədə keçirilir. İxtisaslar aşağıdakılardır: 

          

          

İxtisaslar:

  • Tibb – Müalicə İşi                                                                
  • Stomatologiya
  • Psixologiya
  • Komputer Mühəndisliyi
  • Komputer Elmləri
  • Kiber Təhlükəsizlik
  • Enerji Mühəndisliyi 
  • Təyyarə və Helikopter Mühəndisliyi
  • Dəmiryolu Nəqliyyatı
  • Avtomatlaşdırma və komputerlə inteqrasiya olunmuş Texnologiya
  • Hüquq
  • İqtisadiyyat
  • Sığorta işi
  • Uçot və Vergi
  • Maliyyə, bank və sığorta
  • Biznesin İdarə Olunması
  • İctimai İdarə Etmə
  • Turizm
  • Sahibkarlıq və Ticarət
  • Xoreoqrafiya
  • Musiqi İncəsənəti
  • Jurnalistika
  • Səhnə İncəsənəti
  • Nəşriyyat və Çap

İXTİSAS SEÇİMİ

Əgər siz ixtisas və universitet seçimi etməmisinizsə Təhsil üzrə mütəxəssislərimiz bu seçimlərdə sizi yönləndirəcək. Lazım olan sənədlərlə birlikdə ofisə yaxınlaşmanız kifayətdir.

BİZƏ MÜRACİƏT ETMƏK ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR

  • Attestat;(Əgər alınmayıbsa attestatı alacağınız vaxta dair məktəbdən Arayış)
  • Pasport 
  • Şəkil 6 ədəd
  • Gmail hesabı, telefon nömrəsi və faktiki yaşayış yeri

*Attestat Apostile olunmalıdır.

MÜRACİƏTİN DƏYƏRLƏNDİRİLMƏSİ PROSESİ

Müqaviləyə əsasən seçilən universitetə sənədləriniz tamamlandıqdan sonra göndərilir.

Müraciət olunduqdan dərhal sonra universitetin qəbul ofisi tərəfindən ilkin təsdiq gəlir və imtahan verilir əsas təsdiqdən sonra isə qəbul ilə bağlı arayış verilir.

QƏBUL MƏKTUBUNUN VERİLMƏSİ

Müraciətin təsdiqlənməsindən sonra qəbul məktubu gəlir və qəbul məktubuna sahib olduqdan sonra sizin sahib olduqunuz hüquqlar;

  • İmtahanda iştirak etmək hüququ
  • Universitetə tələbə olaraq qeydiyyattan keçmək hüququ

Qəbul məktubunda aşağıdakı məlumatlar olacaq:

  • Əlaqə məlumatlarınız və sənəd nömrəniz (istinad)
  • Qəbul olduğunuz proqram və proqramın təşkil olunduğu fakültə
  • Fakültə İdarə Heyətinin qərar verdiyi tarix
  • Qəbul olunduğunuz tədris ili
  • Qeydiyyatdan keçmək üçün adres və lazımı sənədlər

QEYDİYYAT PROSESİ NECƏ OLUR?

Müraciət üçün tələb olunan sənədlərin orginalı.

  • Attestat
  • Attestat apostile olunmuş formada
  • Pasport
  • Şəkil 10 ədəd (3×4)
  • İlkin qəbul sənədi

 

Qeydiyyatın Aparılması

  • Təhsil almaq istədiyinizi seçdikdən sonra həmin dil üzrə imtahan verəcəksiniz. İmtahan zamanı şirkətimiz tərəfindən sizə köməklik göstəriləcək.
  • Attestatınız Ukrayna universitetinə göndərilir.
  • Qəbul gəldikdən sonra sizə şəxsi kabinetizə girib dərslərə qoşulmaq üçün istifadəçi adı və parol veriləcək.

Qarşılanmanın təşkili

Ukraynaya getmək üçün əvvəlcədən vaxt və zaman təyin olunur və tələbələr ilə birlikdə gedilir ora çatdıqdan sonra isə Ukraynada olan nümayəndələrimiz təyin olunmuş yataqxanalara yerləşdirilir.