Transfer dedikdə hər hansı bir tələbənin bir universitetdə təhsil alarkən digərinə köçürülməsi nəzərdə tutulur. Xarici ölkənin hər hansısa bir təhsil müəssisəsindən Azərbaycana köçürülmə (transfer) zamanı 3 əsas nüans nəzərə alınır.
1.Tələbənin akademik göstəriciləri
2.Köçürülmə səbəbləri
3.Sənədlərin tamlığı
Öncəliklə, Akademik tələblər
-
Tələbə, köçürülmək istədiyi universitetin ixtisası üçün DİM tərəfindən keçirilən imtahanda minimal, yəni keçid balını yığmalıdır.
- Əgər yerli imtahanda iştirak etməyibsə, Nazirlik alternativ olaraq SAT, TOEFL, IELTS kimi beynəlxalq imtahan nəticələrini də qəbul edir.
Sənədləşmə tələbi
Əgər siz DİM imtahanında iştirak etmisinizsə,öz nəticələrinizi Dövlət İmtahan mərkəzindən əldə etməlisiniz. İştirak etməmisinizsə,iştirak etməməyinizlə bağlı arayış almalı və beynəlxalq imtahan nəticələrinizi (SAT, TOEFL, IELTS və s.) portala yükləməlisiniz.
Arayış
Daha sonra siz xarici universitetdə təhsil aldığınızla bağlı və təhsil haqqı borcunuzun olmaması ilə bağlı arayış təqdim etməlisiniz. Arayış həmin dövlətin qanunvericiliyinə uyğun qaydada leqallaşdırılmalı, Azərbaycan dilinə tərcümə və notarial təsdiq olunmalıdır.
Sonda isə qeyd olunan bütün sənədlər skan edilməli və müraciət Elm və Təhsil Nazirliyinin transfer.edu.az portalı üzərindən olunmalıdır.